Millimiz Polşaya yollanıb

20 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız şərqi Avropa voleybol zonal assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.

Allsport.az xəbər verir ki, Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa komandaları ilə üz-üzə gələcək. Yığmamız ilk matçını yanvarın 11-də Estoniya komandasına qarşı keçirəcək.

Millimizin heyətində Camal Cəlilov, Rəvan Qəhrəmanlı, Camal Quliyev, Oqtay Qasımov, Rəvan Hüseynli, Əziz İsmayılzadə, Nihad Qasımov, Ramiz Bağırov, Səid Əhmədov, Natiq Nəbiyev, Həsən Xəlilov, Kamil Hüseynli, Riyad Həsənov və Azay Hacıyev yer alıblar.

Həmin kateqoriyadan