Gənc yunan-Roma güləşçilərimiz rekord xalla Avropa çempionu oldu!

Allsport.az xəbər verir ki, İspaniyada U-20 Avropa çempionatında yunan-Roma güləşçiləri çıxışlarını biritiblər. 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan millimiz 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 yunan-Roma güəşi yığmamızın qitə birinciliklərində topladığı ən yüksək xaldır. Gürcüstan (134) ikinci, Türkiyə (113) isə üçüncü yeri tutub.

Güləşçilərimizdən Elmir Əliyev (55 kq) ilə Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fəraim Muatafayev (63 kq) və Kənan Abdullazadə (67 kq) bürünc medala sahib çıxıblar.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Turac HüseynliEmin Əhmədov onlara bəslənən etimadı doğruldublar. Səfərdən öncə AGF-in rəhbərliyi – baş katib Nəsimi Musayev, onun müavini Orxan Məmmədov, icraiyyə komitəsinin üzvü Fərid Mansurov və Əməkdar bədər tərbiyəsi və idman xadimi Elçin Cəfərov komandamızla görüşüb, onlara uğurlar arzulayıb və müvafiq tapşırıqlarını və məsləhətlərini veriblər.

Həmin kateqoriyadan