Millimiz reytinq turnirinin qalibi oldu

Allsport.az xəbər verir ki, Macarıstanın Budapeşt şəhərində keçirilən reytinq turnirində 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamız 140 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub.

Macarıstan (113) ikinci, İran (98) isə üçüncü olub.

Medal qazanan güləşçilərimiz:

Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq) – Qızıl

Ülvü Qənizadə (72 kq), Beka Kandelaki (130 kq) – Gümüş

Nihat Məmmədli (60 kq) – Bürünc

Həmin kateqoriyadan