Millimiz yalnız Rusiya və Gürcüstandan geri qaldı

Millimiz yalnız Rusiya və Gürcüstandan geri qaldı

Rumıniya paytaxtı Buxarestdə gənc güləşçilərin Avropa birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə “sərbəstlər”imiz 2 qızıl və 4 bürünc medal qazanıblar.

Bu nəticə ilə millimiz komanda hesabında 55 xalla 3-cü olub. 78 xal toplayan Rusiya 1-ci, 64 xalla Gürcüstan 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, ötən ilki eyni yarışda sərbəst güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanmışdı.

Həmin kateqoriyadan