Millimiz yunanlara yenildi

Millimiz yunanlara yenildi

Kişi voleybolçulardan ibarət millimiz Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız mayın 9-da Yunanıstan millisi ilə qarşılaşıb.

Görüş Yunanıstan yığmasının 3:0 (25:21, 25:19, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz “F” qrupunda Monteneqro, Gürcüstan və Yunanıstan komandaları ilə birgə yer alıb.

Yunanıstan millisi 8 xalla qrupda birinci pillədə yer alıb. Monteneqro 4 xalla ikinci, Azərbaycan isə 3 xalla üçüncü yerdə qərarlaşıblar. Gürcüstan seçməsinin isə xalı yoxdur.

İkinci dövrənin oyunları Monteneqroda təşkil olunacaq.

Həmin kateqoriyadan