- Baxış sayı: 48
- 24 Sentyabr 2026 10:00
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0
İtaliyada qadın voleybolçular üzrə dünya çempionatında növbəti matçlar keçirilib. Allsport.az saytı xəbər verir ki, 2-ci qrup mərhələsinin oyununda Azərbaycan millisi xorvatiyalı həmkarı ilə görüşüb.
Bu vacib mübarizədə qızlarımız rəqibini 3:1 hesabı ilə məğlub edərək, qrupda orta sıraya irələmək imkanı qazanıblar. Sözü gedən mərhələnin son turunda Aleksandr Çervyakovun komandası Almaniya ilə qarşılaşacaq.
Hazırda voleybolçularımızın hesabında 5 xal var və onlar Xorvatiya seçməsi ilə 6-7-ci yerləri bölüşdürürlər.