Millimizin 33-cü Avropa çempionatına hazırlığı davam edir

Allsport.az xəbər verir ki, təlim-məşq toplanışına Bakıda start verən yığmamız fiziki məşqlərin ardından artıq toplarla məşqlərə keçib.

Məşqlər hər gün baş məşqçi Ataman Güneyligilin rəhbərliyi ilə voleybol mərkəzində təşkil olunur. Türkiyəli mütəxəssisə yerli məşqçilərimiz Emin ƏbilovFamil Ağayev də kömək edir. Komandamızın hazırlığının növbəti mərhələlərinin ölkə xaricində keçirilməsi nəzərdə tutulur.

33-cü Avropa çempionatı bu il 15 avqust-3 sentyabrda Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək.

Azərbaycan millisi ardıcıl 10-cu dəfə qitənin ən nüfuzlu turnirində iştirak edəcək. Komandamız Almaniyanın ev sahibi olduğu “C” qrupunda yer alıb. Rəqiblərimiz meydan sahibi ilə yanaşı, Türkiyə, Çex Respublikası, Yunanıstan və İsveç kollektivləridir.

Qrup mərhələsində ilk dörd yeri tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər.

Həmin kateqoriyadan