Millimizin ağırlıqqaldıranı: Burda karantin qaydalarını pozan 5000 cərimələnir

“Hazırda Bolqarıstandayam, doğma şəhərim Plovdivdə. Burda da karantin rejimidir. Mayın 13-nə kimi məhdudiyyətlər var. Qaydanı pozan 5000 lev (4700 manat) cərimələnir”.

Bu sözü allsport.az saytına millimizin ağırlıqqaldıranı Boyanka Kostova (59 kq) deyib. Dünya və 3-qat Avropa çempionu bildirib ki, çətinliyə rəğmən boş dayanmır:

“Məşqlərimi edirəm, şəxsi məşqçim Laçezar Kişkilov da yanımdadır. İndiki durumda formada qalmaq vacib şərtdir. Zalda ancaq ikimiz oluruq. Tokio olimpiadasına lisenziya qazanmaq əsas vəzifəmdir”.

Həmin kateqoriyadan