Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək U-17 dünya çempionatı öncəsi Azərbaycan milli komandalarının heyəti açıqlanıb.

Allsport.az xəbər verir ki, milli gimnastika arenasında təşkil olunan görüşdə Azərbaycan güləş federasiyasının vitse-prezidenti Namiq Abdullayev və baş katib Pərvin Piriyev güləşçilərə uğurlar arzulayıblar.

Yunan-Roma güləşi üzrə millinin böyük məşqçisi Rafiq Hüseynov, qadın güləşi üzrə böyük məşqçi Mariya Stadnik və sərbəst güləş üzrə böyük məşqçi Hacı Əliyev komandalarının hazırlıq prosesi barədə məlumat verərək heyətləri açıqlayıblar.

Yunan-Roma güləşində Əli Cavadlı (45 kq), Ömər Salmanov (48 kq), Abdurrəhman Hüseynli (51 kq), Qurban Məcnunov (55 kq), Elmir Çərkəzov (60 kq), Orxan Həbibli (65 kq), Nadir Həsənov (71 kq), İsfahan Həsənov (80 kq), Zöhrab Səfərov (92 kq) və Emin Baxşəliyev (110 kq) mübarizə aparacaq.

Qadın güləşində Gülxanım Şirinova (40 kq), Vəfa Orucova (43 kq), Nuray Cəfərli (46 kq), Nəzrin Əhmədli (49 kq), Fatimə Bayramova (53 kq), Qaratel Quliyeva (57 kq), Fidan Babayeva (61 kq), Rəna Nuriyeva (65 kq) və Simurə Abdullayeva (69 kq) xalçaya çıxacaq.

Sərbəst güləş üzrə millinin heyətində isə Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Elcan Həsənov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) yer alıb.

Dünya çempionatının gündüz seansları hər gün saat 10:30-da, axşam seansları isə 17:00-da başlayacaq. Yarışın təntənəli açılış mərasimi iyulun 27-də saat 17:15-də keçiriləcək.

Həmin kateqoriyadan