Millimizin kapitanı: “Məqsədimiz həm də çempionatı qazanmaqdır”

Qadın voleybolçulardan ibarət”Vasas” klubu ilə Macarıstan kubokunu qazanan Ayşən Abduləzimova sevincini bölüşüb. Allsport.az saytı xəbər verir ki, millinin kapitanı növbəti hədəfin çempionluq olduğunu açıqlayıb:

“Hər il olduğu kimi bu il də məqsədimiz həm kuboku, həm də çempionatı qazanmaqdır. Çox şükür ilk titulu qazandıq, kuboka sahib çıxdıq. Finalda rəqibimiz “Bekescsaba” klubu idi.

Ciddi müqavimətlə qarşılaşsaq da, üstünlüyü əldən vermədik və qalib gəldik. Bu, mənim “Vasas”la ardıcıl üçüncü, ümumilikdə isə dördüncü kubokumdur. Bu nəticəyə görə çox şadam.

Qarşıda bizi çempionatın yarımfinal oyunları gözləyir. Çalışacağıq ki, orada da ən yüksək səviyyədə oynayıb finala çıxaq, ardınca isə çempion olaq”.

Həmin kateqoriyadan