Millimizin kapitanından daha bir çempionluq

Allsport.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının qalibi olub.

Təcrübəli blokçumuzun komandası “Vasas” finalda “Bekescsaba” klubu ilə üz-üzə gəlib.

İlk 2 oyunda 3:1 və 3:0 hesabları ilə qələbə qazanan kapitanımızın komandası son matçı 3:0 (25:11, 25:17, 25:13) hesabı ilə öz xeyrinə başa vurub.

Beləliklə, finalın hər üç matçında qələbə qazanan “Vasas” klubu Macarıstan çempionu olub və ötən ilki titulunu qoruyub. Bu oyunda millimizin və “Vasas”ın kapitanı 18 dəfə fərqlənib. Ayşən bu xallardan 10-nu hücumda, 8-ni isə blokda qazanıb. Kapitanımızın blokdakı göstəricisi qarşılaşmanın ən yaxşı nəticəsi olub.

Bu il Ayşənin çıxış etdiyi “Vasas” həm də Macarıstan kubokunu qazanıb.

Həmin kateqoriyadan