- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 110
- May 11, 2026
- 0

Kişi voleybolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsindəki sonuncu oyunlarının hakimləri bəlli olub. Allsport.az xəbər verir ki, yığmamızın yer aldığı “F” qrupunun ikinci dövrəsinin matçlarına təyinatlar açıqlanıb.
Monteneqroda təşkil olunacaq oyunlarda yığmamızın görüşlərinə serbiyalı Vladimir Simonoviç, Rumıniya təmsilçisi Boqdan Laurentiu Stoyka və İtaliyadan olan ədalət təmsilçisi Simone Santi təyinat alıb.
Monteneqro, Yunanıstan və Gürcüstanla eyni qrupda yer alan yığmamız birinci dövrədən sonra 3 xalla 3-cü yerdə qərarlaşıb.