Əzizovalı “Minçanka” koronavirusa görə texniki məğlubiyyət aldı

Qadın voleybolçulardan ibarət millimizin üzvü Marqarita Əzizovanın çıxış etdiyi Belarusun “Minçanka” klubu çempionlar liqasında mübarizəni dayandırıb. Allsport.az xəbər verir ki, Rusiya super liqasında “Dinamo” (Krasnodar) ilə oyundan qayıtdıqdan sonra komandanın bir voleybolçusunda koronavirus aşkarlanıb.

Bu səbəbdən komandanın çempionlar liqasında Almaniyanın “Ştutqart” komandası ilə görüşü ləğv olunub və Belarus klubuna texniki məğlubiyyət verilib.

“Minçanka” mübarizəni CEV kubokunda davam etdirəcək.

Həmin kateqoriyadan