- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruben avrokubokda gümüş medal qazanıb.
Allsport.az xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın “CSM Lugoj” klubu Çağırış kubokunun finalında İtaliyanın “Rele Mutua Fenera Çeri” komandası ilə qarşılaşıb.
Final çərçivəsində keçirilən hər iki oyunda rəqib quru hesabla qalib gəlib. Beləliklə, voleybolçumuzun komandası turnirin gümüş medalını qazanıb.