- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 76
- May 11, 2026
- 0
Milli komandamızın voleybolçusu Vüqar Bayramovun Misir Superliqasında şərəfini qoruduğu «Smoha» klubu dünən növbəti matçını keçirib.
Allsport.az saytı xəbər verir ki, İsgəndəriyyə təmsilçisi 15-cü turda evdə «Eoblis» komandası ilə görüşüb. Oyun 3:1 həmyerlimizin formasını geyindiyi kollektivin xeyrinə bitib.
Hazırda «Smoha» itkisiz irəliləyir və yarış cədvəlində şəksiz liderliyini qoruyur. Millimizin voleybolçusu bu matçda da forma geyinib. Mübarizədə ən yaxşılardan olan Vüqar 16 xal yığıb.