- Baxış sayı: 41
- 03 Avqust 2026 22:57
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Milli komandamızın voleybolçusu Vadim Kutukov karantin günlərində öz faydalı iş əmsalını nümayiş etdirib. Onun bu addımı digərlərindən fərqlənir. Diaqonal hücumçu allsport.az saytına açıqlamasında bildirib ki, o, artıq 2 həftədir onlayn pulsuz məşqlər keçir:
“Son dönəmdə mediada vətəndaşlarımızın ərzaq alıb imkansızlara yardım etdiyini görürük. Mənim də imkanım internet üzərindən pulsuz çalışmalara çatır. İndi insanlar çətin durumdadırlar – hər kəs evdə – idman zalları bağlı və onlar artıq çəkidən qurtulmaqda çətinlik çəkirlər.
Artıq son 2 həftədədir İnstaqramda məşqlər keçirəm. 200 nəfərə yaxın qoşulan var. Onların arasında tanınmış simalar da var. Bunlardan biri Avrovizia-2012 mahnı müsabiqəsinin kişi qalibi Eldar Qasımovdur”.
