Millinin Avropa çempionatına hazırlığı

20 yaşadək voleybolçu qızlardan ibarət millimiz şərqi Avropa voleybol zonal assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.

Allsport.az xəbər verir ki, millimiz yarışa hazırlıqlarını davam etdirir.

Şahin Çatmanın rəhbərlik etdiyi komandamız məşq prosesini AVF-nin İdman zalında keçir. Təlim-məşq prosesinə yarışda iştirak edəcək 14 idmançı cəlb olunub.

EEVZA çempionatı yanvarın 3-7-də Litvanın Şaulyay şəhərində təşkil olunacaq. Yığmamız yanvarın 2-də Litvaya yola düşəcək.

Qeyd edək ki, millimiz ilk oyununu yanvarın 3-də Estoniya komandasına qarşı

Həmin kateqoriyadan