- Baxış sayı: 70
- 25 İyun 2026 17:55
- Baxış sayı: 93
- İyun 26, 2026
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsi çərçivəsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Allsport.az xəbər verir ki, baş məşqçi Faiq Qarayevin yetirmələri Slovakiya millisi ilə ilk oyuna mayın 23-də çıxacaqlar.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu mayın 30-da Slovakiyadakı Leviçe İdman Sarayında keçiriləcək və qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.