Millinin baş məşqçisi Tovuzda

Yeniyetmə və gənc voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandaların baş məşqçisi Cahangir Səyəd Abbasi Tovuz regional voleybol klubuna daxil olan bölgələr üzrə seçimlər aparıb.

Allsport.az xəbər verir ki, Tovuz olimpiya idman kompleksində baş tutan seçimlərdə iranlı mütəxəssis tərəfindən məşqlər də keçirilib.

Məşqlərdə seçimlərə yeni qatılan, eləcə də əvvəldən seçilmiş yeniyetmələr iştirak ediblər.

Seçimlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən yeniyetmələr martda Bakıda təşkil olunacaq düşərgəyə cəlb olunacaqlar.

Qeyd edək ki, seçimlərin aparılmasında məqsəd 2008-2009 və 2010-2011-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.

Həmin kateqoriyadan