“Millinin çıxışını uğurlu saymaq olar”

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimiz vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, baş məşqçi Xetaq Qazyumov komandanın çıxışını belə dəyərləndirib:

“Millinin çıxışını uğurlu saymaq olar. Hər halda, dünya çempionatında 3-cü yerə çıxmaq yaxşı nəticədir. Ancaq medallarımızın sayı daha çox ola bilərdi. 61, 74 və 86 kq-da da medal gözləyirdik. Qızıl medal qazanmaq üçün daha çox çalışmalıyıq. Bir qədər dincəldikdən sonra məşqləri bərpa edəcəyik. Qarşıda bizi hərbçilərin dünya çempionatı və Azərbaycan çempionatı gözləyir. Yanvarda isə reytinq turniri keçiriləcək. Fevralda Avropa çempionatında, aprel-may aylarında isə Olimpiadaya lisenziya verən təsnifat turnirlərində iştirak edəcəyik. Azərbaycan çempionatından sonra gələn ilin hazırlıq planını, kimin hansı yarışlarda iştirak edəcəyini müəyyənləşdirəcəyik”.

Həmin kateqoriyadan