Millinin rəqibləri bəlli oldu

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milli komandaları qızıl Avropa liqasında iştirak edəcəklər.

Allsport.az xəbər verir ki, bu barədə Azərbaycan voleybol federasiyası məlumat yayıb.

Bildirilib ki, reytinq cədvəlində 20-ci olan qadınlardan ibarət yığmamız Belçika, Çex Respublikası, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Avstriya, Estoniya və Ukrayna ilə birgə qızıl Avropa liqasında oynayacaq.

Reytinqdə 26-cı yerdə olan kişilərdən ibarət yığmamızın analoji yarışda rəqibləri sırasında isə Ukrayna, Belçika, Portuqaliya, Çex Reslublikası, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Şimali Makedoniya, Estoniya və Lüksemburq olacaq.

Oyunlar gələn il 17 may – 16 iyun tarixlərində keçiriləcək.

Yeni reqlamentə əsasən ilk 4 yeri tutan yığmalar “dördlər finalı”na yüksələcəklər.

Həmin kateqoriyadan