- Baxış sayı: 72
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

20 yaşadək voleybolçu qızlar arasında şərqi Avropa voleybol zona assosiasiyasının (EEVZA) çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, gələn il yanvarın 3-7-də Litvanın Şaulyay şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.
Çempionatda ev sahibləri və yığmamızla yanaşı, Latviya, Ukrayna, Estoniya və Polşa da mübarizə aparacaq.
Avro-2024-ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.