Mingəçevirdə Avropa idman həftəsində İlham Zəkiyevlə görüş

Mingəçevir şəhərində “Be Active” devizi altında keçirilən Avropa idman həftəsi çərçivəsində, oktyabrın 30-da müxtəlif tədbirlər təşkil edilib.

Allsport.az xəbər verir ki, ardıcıl olaraq, uzaq məsafəyə qaçış (1 km), xüsusi olimpiya proqramı üzrə uşaqlar üçün oyunlar, ardınca isə avarçəkmə yarışları keçirilib.

Həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kayak və kanoe üzrə yarışlar da baş tutub. Günün sonunda 2-qat paralimpiya çempionu İlham Zəkiyevlə idman həvəskarlarının görüşü olub.

Həmin kateqoriyadan