MOİK-ə qayıtdı

İqor Nikitin MOİK-in baş məşqçisi təyin olunub.

Allsport.az xəbər verir ki, Moskva təmsilçisi 52 yaşlı mütəxəssislə 5 illik müqavilə imzalayıb.

Ordu xokkey komandasının heyətinə böyük məşqçi Dmitri Yuşkeviç, məşqçi Aleksandr Popov, qapıçılar üzrə məşqçi Rəşid Davıdov, fiziki hazırlıq üzrə məşqçi Dmitri Pirojkov və funksional hazırlıq üzrə məşqçi Vladislav Brızqalov daxil olub.

Nikitin artıq 2014-2021-ci illərdə MOİK-də çalışıb. Onun rəhbərliyi altında komanda iki dəfə Rusiya çempionu olub (2019, 2020) və tarixində ilk dəfə Qaqarin kubokunu qazanıb (2019).

Ötən mövsüm Nikitin “Lokomotiv”i Qaqarin kubokunda qələbəyə aparıb.

Həmin kateqoriyadan