- Baxış sayı: 32
- 01 İyul 2026 18:22
- Baxış sayı: 88
- İyul 01, 2026
- 0

2026–2027 mövsümündən etibarən perspektivli fiqurlu konkisürən Aleksandr Plüşenko beynəlxalq fiqurlu konkisürmə yarışlarında Azərbaycan bayrağı altında çıxış edəcək.
Allsport.az saytı xəbər verir ki, bununla bağlı Azərbaycan qış idman növləri federasiyasının Beynəlxalq fiqurlu konkisürmə federasiyasına ünvanladığı müraciəti müsbət qiymətləndirilib və idmançının Azərbaycanı beynəlxalq arenada təmsil etməsinə rəsmi razılıq verilib.
AQİF qarşıdakı dövrdə də fiqurlu konkisürmə ilə yanaşı digər qış idman növlərinin inkişafı, perspektivli idmançıların cəlb olunması, paralel olaraq milli idmançıların hazırlanması və Azərbaycanın beynəlxalq idman aləmində mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində effektiv fəaliyyətini davam etdirəcək.