Rusiyanın kənarlaşdırılmasını qüvvədə saxladı

Rusiyanın kənarlaşdırılmasını qüvvədə saxladı

Beynəlxalq buzüstü hokkey federasiyası Rusiya yığmalarının 2026/2027 mövsümündə də beynəlxalq yarışlardan kənarda qalacağını açıqlayıb.

Allsport.az xəbər verir ki, qurum Rusiya hokkey federasiyasının kişi, qadın, gənclər və yeniyetmələr arasında dünya çempionatlarında iştirakla bağlı müraciətinə yenidən baxıb.

Təhlükəsizlik, təşkilati imkanlar və idmanda ədalət prinsipləri nəzərə alındıqdan sonra şura Rusiyanın 2026/2027 mövsümündə kişilər arasında dünya çempionatı, gənclər arasında dünya çempionatı, eləcə də oğlan və qızlardan ibarət yeniyetmə yığmaların dünya çempionatlarında iştirakına icazə verməyib.

Qadınlardan ibarət Rusiya millisinin 2027-ci il dünya çempionatında iştirakı ilə bağlı qərarın isə 2026-cı ilin noyabrında mövcud vəziyyət və risklər nəzərə alınmaqla ayrıca müzakirə olunacağı bildirilib.

Həmin kateqoriyadan