Bu komanda adını dəyişdi

Bu komanda adını dəyişdi

Rusiyanın qadın hokkey liqasında çıxış edən “Tornado” klubunun adı dəyişdirilib.

Allsport.az xəbər verir ki, ötən mövsümün finalçısı 2026/27 mövsümündən etibarən “Ximik” adı altında mübarizə aparacaq.

Ad dəyişikliyi qadın komandasının “Ximik” klubunun strukturuna birləşdirilməsi ilə əlaqədardır. Bu addım ötən mövsüm komandanın Voskresensk şəhərinə köçməsindən sonra klubun inkişafının növbəti mərhələsi kimi qiymətləndirilib.

Komanda ev oyunlarını əvvəlki kimi Voskresenskdə yerləşən “Podmoskovye” buz sarayında keçirəcək.

“Tornado” Rusiya qadın hokkeyinin ən titullu klubudur. Moskva vilayəti təmsilçisi Rusiya çempionatında 6 dəfə, 2015-ci ildə qadın hokkey liqası yaradıldıqdan sonra isə daha 3 dəfə çempion olub.

Həmin kateqoriyadan