“Oğlum dünyaya gələndən sonra həyatım dəyişdi”

“Oğlum dünyaya gələndən sonra həyatım dəyişdi”

Rusiyalı fiqurlu konkisürən, olimpiya oyunlarının gümüş mükafatçısı Aleksandra Trusova oğlunun doğulmasından sonra həyatında baş verən dəyişikliklərdən danışıb.

Allsport.az xəbər verir ki, 22 yaşlı idmançı ötən ilin avqustunda dünyaya gələn oğlu Mikayılın onun həyatını tamamilə dəyişdirdiyini bildirib:

“Ötən yay oğlum Mişa dünyaya gələndən sonra çox dəyişdim. Əvvəllər məndə olmayan qorxular yarandı. İndi həm onun, həm də özüm üçün narahat oluram. Çünki anlayıram ki, ona lazımam.

Özümü daha yetkin hiss etməyə başlamışam. Əslində əvvəllər də yaşımdan böyük düşünürdüm. Əlbəttə, indi daha xoşbəxtəm.

Uşaq sahibi olmağı planlaşdıran qızlara məsləhətim odur ki, hər şeyin əvvəlcədən planlaşdırdıqları kimi olmayacağına hazır olsunlar. Təklif olunan köməkdən imtina etməsinlər, imkan olduqca dincəlsinlər və körpələri ilə keçirdikləri hər anın dəyərini bilsinlər. Çünki bu vaxt çox tez keçir”.

Aleksandra Trusova qarşıdakı mövsümdə yarışlara tam şəkildə qayıtmağı planlaşdırır.

Həmin kateqoriyadan