Əsas hədəfini açıqladı

Əsas hədəfini açıqladı

“Ak Bars”ın hücumçusu Malik Saberzyanov mövsümöncəsi hazırlıq çərçivəsində “Neftyanik”ə qarşı keçirilən oyunla bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, Kazan təmsilçisinin penalti seriyasında 4:3 hesabı ilə qalib gəldiyi qarşılaşma Saberzyanovun komandasının heyətində ilk oyunu olub.

Hücumçu yeni klubunda debüt etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Bu komandada olmaq çox xoşdur və mənim üçün böyük şərəfdir. Yalnız müsbət emosiyalar yaşayıram. İlk oyunumda özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım. Maksimum gücümü ortaya qoydum və bu da nəticə verdi”.

Saberzyanov bulliti dəqiq yerinə yetirməsinə də münasibət bildirib:

“Bunun mənim güclü tərəfim olduğunu deyə bilmərəm. Bəzən alınır, bəzən yox. Amma həmişə özümə inanmağa çalışıram”.

O, mövsümöncəsi hazırlıqda əsas məqsədinin “Ak Bars”ın əsas heyətində yer almaq olduğunu vurğulayıb:

“Həmişə əsas komandaya düşmək istəyirsən. Bunun üçün bütün gücümü ortaya qoyacağam”.

Həmin kateqoriyadan