- Baxış sayı: 37
- 05 Avqust 2026 17:52
- Baxış sayı: 168
- Avqust 05, 2026
- 0

Rusiyalı müdafiəçi Maksim Berezin karyerasını “Kaluqa”da davam etdirəcək.
Allsport.az xəbər verir ki, təcrübəli hokkeyçi əvvəlcə KHL təmsilçisi “Lada”da baxışda olsa da, klub onunla müqavilə bağlamaqdan imtina edib.
Bundan sonra Berezin VHL-də çıxış edən “Kaluqa”nın heyətinə qoşulub.
Müdafiəçi VHL-də “Dizel” və Novokuznetsk “Metallurq”unun, KHL-də isə “Nefteximik”, “Avanqard”, “Avtomobilist”, “Lada” və “Soçi”nin formasını geyinib. O, KHL-də keçirdiyi 775 oyunda 48 qol vurub, 101 məhsuldar ötürmə verib.
Berezin ötən mövsüm VHL-də “Metallurq”un heyətində 35 oyuna çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb.