- Baxış sayı: 46
- 31 İyul 2026 22:39
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Rusiyalı hücumçu Vasili Qlotov yenidən SKA klubunun futbolçusu olub.
Allsport.az xəbər verir ki, 28 yaşlı hokkeyçi ilə 2030/2031 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qlotov ötən mövsümü “Traktor”un heyətində keçirib. O, müntəzəm çempionatda 64 oyunda 13 qol vurub və 25 məhsuldar ötürmə edib. Pley-offda isə 5 matçda iştirak edərək 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Vasili Qlotov daha əvvəl də SKA-nın formasını geyinib. O, KHL karyerası ərzində keçirdiyi 387 oyunda 92 qol vurub, 114 məhsuldar ötürmə edib və ümumilikdə 206 xal toplayıb.