- Baxış sayı: 42
- 19 Avqust 2026 11:42
- Baxış sayı: 97
- Avqust 18, 2026
- 0

“Filadelfiya” əsas qapıçısı ilə müqaviləni uzadıb.
Allsport.az saytı xəbər verir ki, “Filadelfiya Flayers” komandanın əsas qapıçısı Den Vladarjı heyətdə saxlamağı bacarıb.
28 yaşlı qolkiper klubla 5 il müddətinə ümumi dəyəri 27,5 milyon dollar olan yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən, o, hər mövsüm orta hesabla 5,5 milyon dollar qazanacaq.
Yeni müqavilə 2027-ci ildən qüvvəyə minəcək. Vladarj isə qarşıdakı mövsümü 3,35 milyon dollar maaşla keçirəcək.