KHL rekordçusu 39 yaşında dünyasını dəyişdi

KHL rekordçusu 39 yaşında dünyasını dəyişdi

Rusiyanın “Amur” hokkey klubu komandanın sabiq qapıçısı Aleksey Murıginin vəfat etdiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, 39 yaşlı qolkiper uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Klubun yaydığı açıqlamada bildirilib ki, Murıgin “Amur”un heyətində elit divizionda 168 oyun keçirib və Hanno Yortikkanın rəhbərliyi altında çıxış edən komandanın əsas üzvlərindən biri olub.

O, daha sonra “Lokomotiv”də çıxış edib və KHL-də qapısını toxunulmaz saxladığı oyunların sayına görə rekord müəyyənləşdirib. Karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərməyə başlayıb.

Aleksey Murıgin son illərdə ağır xəstəliklə mübarizə aparıb. 2019-cu ildə ona boğaz xərçəngi diaqnozu qoyulub. Müalicədən sonra xəstəliyə qalib gələn idmançı karyerasını davam etdirə bilib.

Həmin kateqoriyadan