- Baxış sayı: 43
- 16 Sentyabr 2026 23:25
- Baxış sayı: 95
- Sentyabr 16, 2026
- 0

“San Xose Şarks” hücumçusu Maklin Seləbrini ilə yeni müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, 20 yaşlı forvard Kaliforniya təmsilçisi ilə 5 illik sözləşməyə razılaşıb.
Müqavilənin ümumi məbləği 94 milyon dollar, illik maaş limiti isə 18,8 milyon dollar təşkil edir.
Bununla da Seləbrini milli hokkey liqasının (NHL) ən yüksək ödənişli oyunçusu olub. O, bu göstəricidə 5 illik müqaviləsinin illik maaş limiti 18 milyon dollar olan “Anaheym Daks”ın hücumçusu Leo Karlssonu geridə qoyub.
Xokkeyçinin hazırkı müqaviləsi illik maaş limiti 975 min dollar olmaqla 2026/27 mövsümünün sonunadək qüvvədədir.