Müqaviləsi yenilənib

Müqaviləsi yenilənib

KHL təmsilçisi “Traktor” hücumçusu Aleksandr Rıkovla müqaviləni yeniləyib.

Allsport.az xəbər verir ki, Çelyabinsk klubu 21 yaşlı hokkeyçi ilə ikitərəfli sazişin müddətini 2026/2027 mövsümünün sonunadək uzadıb.

Maqnitoqorsk şəhərində anadan olan Rıkov 2022/2023 mövsümündə “Traktor”un heyətində KHL-də debüt edib. O, bu müddətdə komanda ilə turnirin gümüş və bürünc medallarını qazanıb.

Hücumçu ötən mövsüm şəxsi məhsuldarlıq rekordunu yeniləyərək 58 oyunda 16 (8 qol, 8 məhsuldar ötürmə) xal toplayıb.

Həmin kateqoriyadan