- Baxış sayı: 48
- 12 Avqust 2026 13:33
- Baxış sayı: 97
- Avqust 18, 2026
- 0

“Filadelfiya Flayers” müdafiəçisi Hanter Makdonaldla yeni müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, 24 yaşlı hokkeyçi ilə anlaşma 2 illikdir.
Müqavilə iki tərəfli xarakter daşıyır.
Makdonaldın illik maaşı 912,5 min ABŞ dolları təşkil edəcək.
Ötən mövsüm onun peşəkar səviyyədə ikinci tam mövsümü olub. Makdonald “Filadelfiya”nın AHL-də çıxış edən farm klubunda 65 oyun keçirib. O, bu görüşlərdə 6 məhsuldar ötürmə ilə yadda qalıb və 92 cərimə dəqiqəsi toplayıb.
Müdafiəçi NHL-də də debüt edib. Makdonald ilk oyununda “Monreal”a qarşı görüşdə 1 xal qazanıb və matçı +3 faydalılıq əmsalı ilə başa vurub.