- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 53
- May 11, 2026
- 0

Bakı voleybol mərkəzində kişilərin yüksək liqasında 7-ci turdan təxirə salınan “Xarı bülbül” – MOİK oyununda Şuşa klubu 3:0 qalib gəlib. “Hərbçilər”in hücumçusu Kənan Mustafayev matçla bağlı allsport.az saytına bunu söyləyib:
“Bizim klub gənc və istedadlı oyunçuların üzərində qurulub. Ancaq müəyyən məqamlarda təcrubəsizlik öz sözünü deyir. Rəqib pis komanda deyil, xeyli legionçuları var.
Bizdə hamısı yerlilərdir. Bu mövsüm zədəli voleybolçularımız çox oldu. Tam olaraq mübarizə apara bilmirik. Özüm də belimdən zədəliyəm”.