- Baxış sayı: 96
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 96
- Sentyabr 24, 2026
- 0

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edən gənclərdən ibarət sərbəst güləş millimiz bu gün Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, qitə çempionu olan Cəbrayıl Hacıyev (74 kq) fikrini bölüşüb:
“Çox yaxşı və uğurlu görüşlər keçirdim. Azərbaycan xalqına, azarkeşlərə təşəkkürümü bildirirəm. Federasiya rəhbərliyinə, şəxsi məşqçim Vahid Məmmədova və yığma komandanın bütün məşqçilərinə minnətdaram. Müəyyən səhvlərim var, onların üzərində işləyəcəyik”.