Murad Bazarov: İlk medal şirin olur, amma bundan da yaxşı ola bilərdi

Romada keçirilən Avropa çempionatında Murad Bazarov (60 kq) yarışı 3-cü yerdə başa vurdu. Mükafatlandırma mərasimindən sonra 25 yaşlı güləşçi fikirlərini allsport.az-a bölüşdü:

“Böyüklərdə ilk nəticəmdir. Çox sevinirəm. Bundan da yaxşı nəticə ola bilərdi. Çempion da ola bilərdim, amma qismət belə oldu. Yəqin ki, bəzi yerlərdə səhvlər etmişəm. Ona görə də finalı əldən buraxdım.

Gələcəkdə daha yaxşı hazırlaşıb, məşqlərdə çalışıb, özümü doğruldacam.

Qarşıda lisenziya turniri var. Çəkim lisenziyaya düşür. Kimi məsləhət bilsələr, onu da qoyacaqlar. Görək, nə baş verəcək. Bu nəticə mənə kömək edəcək. İlk yarışda Azərbaycandan bu çəkidə Murad Məmmədov təmsil olunacaq. Görək, qərar necə olacaq”.

Kamran HACI, Roma

Həmin kateqoriyadan