Murad Süleymanov: Finalda 2-ci hissədə də hücumda olmalıydım

Serbiyanın Novı Sad şəhərində keçirilən güləşçilərin Avropa çempionatında 3 gün arxada qaldı. Dünənki mübarizədə əsas diqqət Murad Süleymanovun (74 kq) üzərinə yönəlmişdi. 20 yaşlı bahadır dünya kubokunda uğurlu çıxışını qitənin ən güclülərinin yarışında da davam etdirməyi hədəfləmişdi. Onun zirvəyə yüksəlməsinə azacıq təcrübəsi yetmədi. Allsport.az saytına açıqlamasında gümüş medalçının təəssüratı belə oldu:

«Avropa çempionatına yaxşı hazırlaşmışdım. İlk görüşləri də əla keçirdim. Yarımfinalda rusiya rəqibimin ad-sanından çəkinmədim, özümü psixoloji hazırladım. Buna görə, onu yenməkdə çətinlik olmadı. Əslində, finalda da udmalıydım. İlk hissədən sonra hesab xeyrimə idi. Amma rəqib yerdən güləşdiyindən, çox ayağına girməyimə imkan vermədi. Taktikada da səhv etdim, hücum əvəzinə, müdafiəni seçdim. Belədə, hər şey əleyhimə işlədi».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan