“Murov” Çağırış kubokuna Polşada hazırlaşacaq

Kişi voleybolçulardan ibarət “Murov” klubu Polşada təlim-məşq keçəcək. Allsport.az saytı xəbər verir ki, bu mövsümündə ölkəni Çağırış kuboku yarışında təmsil edəcək Fərid Cəlalovun komandası oktyabrın 12-nədək Kialnarova şəhərində olacaq.

Təmsilçimiz 1/32 finalda Xorvatiyanın “Kitro Varazdin” klubu ilə üz-üzə gələcək. Hər 2 oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün Azərbaycan təmsilçisi meydan sahibi sayılacaq. Matçlar saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan