“Murov” – “Holdinq Qraz” görüşünün supervayzeri həmyerlimiz olacaq

Azərbaycan voleybol federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli Çağırış kubokunun 1/16 final mərhələsinin matçlarında supervayzer olacaq.

Allsport.az saytı xəbər verir ki, o, noyabrın 8-də və 9-da Bakıda kişi voleybolçular arasında “Murov” (AZE) – “Holdinq Qraz” (AUT) matçlarında hakimlərin işinə qiymət verəcək.

Bakı voleybol mərkəzində ilk günün 1-ci hakimi Butto Malek (İsrail), 2-ci referisi Yenər Seçkin (Türkiyə) olacaqlar. İkinci gün isə qardaş ölkədən olan 1-ci, israilli İris Stojcic Fogel 2-ci ədalət təmsilçisi vəzifəsini yerinə yetirəcək.

Həmin kateqoriyadan