“Murov” çempionluğa çox yaxındır

Allsport.az xəbər verir ki, voleybol üzrə kişilər arasında Azərbaycan birinciliyində final mərhələsinin növbəti oyunları baş tutub. Bu gün “Murov” və “Xarı bülbül” çempionluq, MOİK və “Neftçi” isə üçüncülük yolunda bir daha meydana çıxıblar.

Günün ilk qarşılaşması “Murov” və “Xarı bülbül” klubları arasında olub. Cütün ilk matçında 3:1 hesabı ilə qələbə qazanan “Murov” bu oyunda 3:0 (25:18, 25:18, 25:16) hesabıyla qalib gəlib.

Sonra meydana MOİK və “Neftçi” komandaları çıxıblar. Cütün ilk görüşündə quru hesabla qalib gələn “Neftçi” bu dəfə MOİK-in daha ciddi müqaviməti ilə rastlaşıb. Bununla belə, “Neftçi” rəqibini 3:1 (16:25, 25:23, 25:17, 25:23) hesabı ilə məğlub edərək bürünc medala bir qədər də yaxınlaşıb.

Ölkə birinciliyinin reqlamentinə əsasən komandalar üç qələbəyədək mübarizə aparır. Bu mərhələnin növbəti qarşılaşmalarının tarixləri ilə bağlı məlumat veriləcək.

Yüksək liqa
2-ci oyunlar
“Murov” – “Xarı bülbül” 3:0 (25:18, 25:18, 25:16)
MOİK – “Neftçi” 1:3 (25:16, 23:25, 17:25, 23:25)

1-ci oyunların nəticələri
“Xarı bülbül” – “Murov” 1:3 (25:20, 20:25, 19:25, 17:25)
“Neftçi” – MOİK 3:0 (25:19, 25:18, 26:24)

Həmin kateqoriyadan