“Murov” – “UNEC” oyunu kütləvi xəstəliyə görə təxirə salındı

UNEC voleybol klubunun rəhbərliyi Azərbaycan voleybol federasiyasına müraciət ünvanlayıb. Allsport.az xəbər verir ki, müraciətdə komandanın 8 oyunçusunun qrip və yüksək hərarətdən əziyyət çəkdiyi bildirilir:

“Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də “Murov” klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun”.

Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi “Murov” – “UNEC” qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Yanvarın 13-ü yalnız “Azərreyl”–“Abşeron” qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.

Həmin kateqoriyadan