“Murov” və “Azərreyl”dən qələbə

Qadın voleybolçular arasında Azərbaycan yüksək liqasının yarımfinal mərhələsi start götürüb.

Allsport.az xəbər verir ki, bu gün ilk oyunlar çərçivəsində “Abşeron” “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşıb.

Günə “Abşeron” – “Murov” matçı ilə start verilib. İlk set “Murov”un 29:27 hesablı qələbəsi ilə başlayıb. 2-ci setdə 25:18 hesabı ilə “Abşeron” qalib gəlsə də, Vüqar Əliyevin komandası növbəti hissələri 25:19 və 25:18 hesabları ilə öz xeyrinə başa vuraraq matçın qalibi olub – 3:1. Beləliklə, “Murov” yarımfinalın ilk oyununda qələbə qazanıb.

Voleybol mərkəzində təşkil olunan yarımfinalın digər matçında “Azərreyl”lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran “Azərreyl”in üstünlüyü ilə keçib. Setlərdə 25:7, 25:14 və 25:17 hesabları ilə qalib gələn Eldar Yusubovun komandası quru hesablı qələbəni rəsmiləşdirib.

1/2 final mərhələsi 2 qələbəyə kimi, final mərhələsi isə 3 qələbəyə kimi oynanılacaq.

Yarımfinal (birinci oyun)
“Abşeron” – “Murov” – 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” – UNEC – 3:0 (25:7, 25:14, 25:17)

Həmin kateqoriyadan