- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Kişi voleybolçular arasında Azərbaycan yüksək liqasında VI turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Murov” Voleybol klubunun təlim-məşq bazasında baş tutan ilk qarşılaşmada MOİK “Sərhədçi”ni 3:0 (25:18, 25:17, 26:24) hesabı ilə üstələyib.
Günün ikinci görüşündə “Murov” “Ekspress”i eyni hesabla yenib – 3:0 (25:15, 25:10, 25:17).
Hazırda “Murov”, “Neftçİ” və MOİK-in 9, “Ekspress”in 3 xalı var. “Sərhədçi”nin isə xalı yoxdur.