“Murov”un baş məşqçisi: 2-ci setdə bəzi çətinliklər yaşadıq

Bu gün qadın voleybolçuların yüksək liqasının 5-ci turunda “Murov” klubu gözlənildiyi kimi UNEC-ə qalib gəlib – 3:0 (25:09, 25:23, 25:11). Baş məşqçi Vüqar Əliyev qələbəni allsport.az saytına belə şərh edib:

“Rəqib bu mövsüm xeyli zəifləyib. O üzdən rahat qalib gəldik. Amma qızlar rəqibin gücünü bilib arxayınlaşmışdılar. Ona görə 2-ci setdə bəzi çətinliklər yaşadıq. Üstəlik, gənc oyunçulara da fürsət verdim. Yenə nəticə tam xeyrimizədir. Çalışırıq ki, cavanlar yetişsinlər. Bununla yanaşı, nəticə də lazımdır. İkis bir yerdə çətindir, ancaq mümkünsüz deyil.

Bu çempionat hədəfimiz qızıl medallardır. Üç klub yarış cədvəlində qonşudur. Onlar arasında rəqabət gərgindir. Heç kəs indidən deyə bilməz ki, sonda hansı komanda çempion olacaq”.

Həmin kateqoriyadan