“Murov”un baş məşqçisi: Hansı klubunun udmağı və ya uduzmağı mənim üçün önəmli deyil

FHN-in idman-sağlamlıq kompleksində kişi voleybolçuların yüksək liqasının ilk dövrəsində “Murov” debütant “Express”ə 3:0 qalib gəlib. Allsport.az saytına sevinən tərəfin baş məşqçisi Fərid Calalov bunu deyib:

“Rəqib gənc oyunçulardan ibarətdir və azlıq təşkil edirdilər. Bu da bizə kömək oldu. Nəzərinizə çatdırım ki, bu gun “Murov”da da gənclər üstünlük təşkil edir. 16 yaşlı olan 3 yeniyetməmiz var. “Express”lə matda onlar üçün fürsət oldu.

Ümumilikdə, rəqibin məğlubiyyətini məğlubiyyət saymıram. Çünki uşaqlar yaxşı oynamağa səy göstərirdilər. Bu gun Azərbaycanda hansı klubunun udmağı və ya uduzmağı mənim üçün önəmli deyil. Federasiya rəhbərliyi tərəfindən qarşımıza qoyulan əsas məsələ gənclərin yetişməsidir.

Hazırda bütün işlər bu yöndə aparılır. Mənə elə gəlir ki, bu günkü çempionatda 7 klubun olması və əksər komandalarda gənclərin üstünlük t.əkil etməsi bu işin uğurla getməsindən xəbər verir. Önəmli olan da budur”.

Həmin kateqoriyadan