- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Bakı voleybol mərkəzində qadın voleybolçuların yüksək liqasında 2-ci turdan təxirə salınan oyunda “Murov” autsayder UNEC-ə 3:0 qalib gəlib. Görüşdən sonra qalib komandanın liberosu Sənubər Ələsgərova allsport.az saytına açıqlama verib:
“Gözlədiyimiz qələbə idi. Bizim heyət daha güclü olduğu və qarşı tərəfdən daha az səhvsiz oynadığı üçün qalib gəldi. Yolumuza davam edirik”.