Müşviq İsayevin xatirə turniri

Sərbəst güləş üzrə 20 yanvar şəhidi Müşviq İsayevin xatirə turniri keçiriləcək.

Allsport.az xəbər verir ki, yanvarın 15-i Bakı idman sarayında baş tutacaq yarışda 2003-04 təvəllüdlü yeniyetmə güləşçilər mübarizə aparacaq. 23-cü dəfə təşkil olunacaq ənənəvi turnirdə pəhləvanlarımızla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan təmsilçiləri də qüvvəsini sınayacaq.

Gənclər və idman nazirliyi, milli olimpiya komitəsi və güləş federasiyasının təşkilatçılığıyla reallaşacaq memorialın keçirilməsində məqsəd Müşviq İsayevin xatirəsini yad etməklə yanaşı, yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyə nail olmaq, ölkədə güləşin bu növü üzrə perspektivli idmançıları aşkar etməkdən ibarətdir. 

45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da baş tutacaq mübarizənin yekununda fəxri kürsüyə qalxan güləşçilər medal, diplom və kuboklarla yanaşı, pul mükafatı ilə təltif olunacaq. Yarışın açılış mərasimi saat 16:30-da başlayacaq. 

Sabah Bakı idman sarayında hakimlərin və məşqçilərin seminarı baş tutacaq. Bundan sonra isə püşkatma mərasimi keçiriləcək.

Həmin kateqoriyadan